Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
İndoneziyadan olan ata oğluna qəribə ad qoyub

İndoneziya sakini oğluna elə bir ad seçbi ki, çox az adam ilk dəfə onu tələffüz edə billər.

Bizimyol.info xəbər verir ki, bu barədə "gazeta.ru" məlumat verib.

12 yaşlı oğlanın qeyri-adi adı qripə qarşı peyvənd vurulan zaman məlum olub. Uşağın atası sənədləri dolduraraq şagirdin adının ABCDEF GHIJK Zuzu olduğunu yazıb.

Yerli mətbuatın məlumatına görə, kişi oğlunun adını hələ o doğulmamışdan əvvəl qərarlaşdırıb. Buna baxmayaraq, oğlanın dostları və ailəsi ona Adef deyirlər.

"Yazıçı olmaq arzusunda idim və sonra məndə övladıma unikal bir ad vermək fikri yarandı. Zuzu hər iki valideyninin - Zülfəhmi və Zühronun adlarının birləşməsidir", deyə ata bildirib.

Yeri gəlmişkən, Adef iki qardaşı var və onlara normal İndoneziya adları verilib - Attur və Ammar, baxmayaraq ki, ataları onları NOPQ RSTUV və XYZ adlandırmaq istəyib.

Son xəbərlər
Bütün xəbərlər »