Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
"Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası

Güzgülərin mistikası haqqında yəqin çox eşitmisiniz. Güzgülər insanı əks etdirdiyi üçün ona nə göstərsəniz sizə geri qaytarır. Bunun təhlükəli tərəfləri də var. Bu təhlükədən qorunmaq üçün nə etməli?

Astroloq Alena Nikolskaya güzgülərin təhlükəli təsirlərindən qorunmağın yollarını açıqlayıb.

"Güzgü sizin əksinizdir. Ona göstərdiyiniz hər şey çoxalır. Həyatdan zövq almaq və pozitiv olmaq istəyirsinizsə, güzgüyə də bunu göstərməlisiniz. Narahat olduğun, kədərləndiyin, ağladığın zaman güzgüyə baxma",- deyə astroloq bildirir.

Qapının qarşısına güzgü qoymayın...

Astroloq evin qapısına güzgü qoymamağı tövsiyyə edir. O, bildirir ki, qapıdan evə daxil olan kainatın enerjisi güzgüdə əks olunaraq ayrılır. Evinizə xoşbəxtliyin gəlməsi üçün güzgünü yan tərəfə qoyun, bu zaman heç bir maneə olmayacaq.

Ancaq qapı ağzına qoyulacaq güzgü də fayda verə bilər. Məsələn; sizi sevməyən, mənfi enerjili bir insanın evinizə gələcəyini bilirsinizsə, qapının qarşısına bir güzgü qoyun. Güzgünün ölçüsünün heç bir fərqi yoxdur. Belə etsəniz mənfi insanın sizə gətirdiyi bütün mənfilikləri özü ilə aparmış olacaq. Və ya o mənfiliklər, ümumiyyətlə evinizə daxil ola bilməyəcək.

Güzgü qarşısında yemək yeməyin

Güzgü qarşısında yemək yeyən zaman doymadığınızı hiss edəcəksiniz. Bu, bədən formasına zərər vurur. Bununla yanaşı, metafizika baxımından güzgü qarşısında yemək insanın daxili enerjisini yeyir. Yaxşı formada olmaq istəyirsinizsə, öz əksinizin qarşısında yeməkdən çəkinin.

Unutmayın ki, aynalar demək olar ki, sehrli əşyalardır, böyük gücə malikdir, həm də böyük bir təhlükədir.

Tərcümə: İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »