Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Norveçdə oxla beş nəfəri öldürən tutulub
Norveçdə oxla beş nəfəri öldürən tutulub

Norveçdə yay və oxdan istifadə edərək insanları öldürən Danimarkalı kişi tutulub.

Bizimyol.info xəbər verir ki, "RİA Novosti" yerli polisə istinadən verdiyi məlumata görə, Norveçin Kongsberq şəhərində yay və ox ilə insanlara hücum etməkdə şübhəli bilinən şəxsin Danimarka vətəndaşı olduğu məlum olub və artıq ona qarşı ittiham irəli sürülüb.

"İnsanların həyatına qəsd edən bu şəxs 37 yaşlı Danimarka vətəndaşıdır, lakin Kongsberqdə yaşayır", - deyə polisin verdiyi məlumatda bildirilir.

Qeyd edək ki, Kongsberqin mərkəzində naməlum şəxs yoldan keçənlərə ox atıb. Nəticədə 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Polis şübhəli şəxsi saxlayıb. Tək hərəkət etdiyi bildirilən şəxs və hadisənin motivləri barədə məlum verilməyib.

Hüquq -mühafizə orqanları terror aktı versiyasını istisna etmirlər. Baş nazir Erna Solberg, şəhərdəki vəziyyətin nəzarət altında olduğunu söyləyib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »