Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni falçılıq üsulu – 5 manatlıq pulqabı 350 manata satılır
Yeni falçılıq üsulu – 5 manatlıq pulqabı 350 manata satılır

Əvvəllər sosial şəbəkələrdə ekstrasens, öncəgörücü, falçı adları ilə açılmış səhifələrlə tez-tez rastlaşırdıq. Daha sonra polisin apardığı iş nəticəsində bu adlarla səhifə işlədənlərin, hansısa vədlər verərək, insanların pulunu mənimsəyənlərin sayı xeyli azaldı. Uzun müddət bu sahədə boşluq yaransada hazırda sosial şəbəkələrdə yeni işbazlar meydana gəlib. Belə ki, özünü şüur altı hislərə təsir edə, xəyalları reallığa çevirə bilən şəxslər kimi təqdim edən insanların sayı durmadan artmaqdadır.

Bu insanlar özlərini falçı, ekstrasent, öncə görücü kimi yox, “Life Coach” adlandırırlar. Adları bahalı səsləndiyi kimi, işləri də bahalıdır. Məsələn, 150 manat ödəməklə qrup formasında marafonlara qoşulursunuz və bir neçə gün ərzində həmin “Life Coach”un dediklərini edirsiniz. Təbii ki, fərdi məşğul olduğu zaman bu məbləğ daha da yüksəlir.

Hətta bəziləri var ki, kodlama, müsbət aura yüklədiyini iddia etdikləri pulqabılar satışa çıxardırlar. Qiymətləri isə nə az, nə çox - 350 manat. Mağazalarda 5-10 manata satılan həmin pulqabılar alanların, bu insanlara üz tutanların sayı isə heç də az deyil. Tanınmış şəxslər, iş adamları, sənət adamları və s. Həmin şəxslərin səhifəsini izləyən insanlar isə yüzlərlə, hətta minlərlədir.

Qeyd edək ki, bu adla xidmət göstərən səhifələrin sayı isə durmadan artır. Pandemiya vaxtı işini itirən, maliyyə çətinliyi çəkən insanlar bu yolla qazanc əldə etməyə meyl ediblər.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »