Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada universitetdə atışma zamanı müəllim mühazirəni davam etdirib
Rusiyada universitetdə atışma zamanı müəllim mühazirəni davam etdirib

Perm Dövlət Milli Araşdırma Universitetinin (PDMAU) müəllimi Oleq Siromyatnikov binada silahlı atışma başladıqdan sonra da mühazirəsini davam etdirib. Universitetin mətbuat xidmətindən TASS-a verilən məlumata görə, atışma başlamazdan əvvəl o, qapını kilidləyibmiş.

Bizimyol.info xəbər verir ki, universitet Siromyatnikovun fövqəladə vəziyyətdə davranış qaydalarını pozmadığını qeyd etdi. "Ən vacib addını atıldığını bilirik – qapı içəridən bağlanıb. Ancaq hər kəs müxtəlif formalarda stres yaşayıb, bəziləri öz gündəlik işlərini görməyə davam edib. Bəlkə də panikaya düşməməyin yollarından biri elə bu idi”,- deyən Universitet təmsilçisi həmin vaxt tələbələrin də atışmanın baş verdiyi binada yerləşdiyini qeyd edib.

Mətbuat xidməti tələbələrin yanğın zamanı çıxarılmalı olduğunu, ancaq "dünən baş verən vəziyyətdə, qapalı vəziyyətdə dayanmaq lazım olduğunu" xatırladıb. Eyni zamanda mətbuat xidməti qeyd edib ki, universitet müəllimin hərəkətlərini qiymətləndirmək üçün daxili yoxlama aparacaq.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »