Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
300-dən çox QHT nümayəndəsi Şuşaya səfər etdi - Video
300-dən çox QHT nümayəndəsi Şuşaya səfər etdi - Video

11-12 sentyabr tarixlərində 300-dən çox QHT nümayəndəsi və tanınmış şəxslərin Şuşa şəhərinə səfəri təşkil olunub. Onlar 30 il sonra öz doğma torpaqlarımızda gəzib, tarixi yerləri ziyarət ediblər. Bununla yanaşı həm də ermənilərin törətdikləri cinayət aktları və hazırda gedən quruculuq işləri ilə yaxından tanış olublar.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının məsul əməkdaşı Vüsal Quliyev açıqlamasında bildirib ki, bu böyük səfər QHT üçün tarixi hadisədir.

“Zəfər Yolunu gəldikdə, QHT nümayəndələri 30 ilə yaxın müddətdə ermənilərin işğal altında olan ərazilərdə törətdikləri vandallıq aktlarına şahid oldular. Onlar, İlham Əliyevin rəhbərliyi ilə Şuşada görülən işlərlə tanış oldular.

Bu səfərə dəvət olunan QHT-nın böyük əksəriyyəti beynəlxalq çıxışı olan, beynəlxalq platformalarda təmsil olunan təşkilatlardır. Onu da qeyd edim ki, burada cəmiyyət həyatının müxtəlif sahələrdində fəaliyyət göstərən QHT təşkilatları təmsil olunub. Onlar burada gördüklərini öz fəaliyyət istiqamətlərinə uyğun olaraq, beynəlxalq platformalarda öz həmkarlarına çatdıracaqlar”.

Son xəbərlər
Bütün xəbərlər »