Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3107 yeni yoluxma faktı qeydə alınıb, 1170 nəfər müalicə olunaraq sağalıb.

Bizimyol.info xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 421 103 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 362 898 nəfər müalicə olunaraq sağalıb, 5 592 nəfər vəfat edib, aktiv xəstə sayı 52 613 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 191, ötən müddət ərzində isə ümumilikdə 4 442 244 test aparılıb.

Son xəbərlər
Bütün xəbərlər »