Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiyanın yeni silah yardımları Ermənistanı xilas etməyəcək"
"Rusiyanın yeni silah yardımları Ermənistanı xilas etməyəcək"

​Ermənistanın müdafiə naziri Arşak Karapetyan ötən həftə jurnalistlərə bildirib ki, Rusiya Ermənistan ordusunun yenidən qurulması üçün onlara köhnə silahlar təklif edib. Amma onlar bundan imtina ediblər, ancaq yeni silahlar alacaqlarını deyiblər.

Bəs Ermənistan hansı yeni Rusiya silahları alıb və ya almaq istəyir? “Armiya-2021” sərgisini izləyən türkiyəli videobloqer Cem Kıran maraqlı məqamların şahidi olub. Bloqer Ermənistan nümayəndə heyətinin sərgini gəzərək “Orion-9” və “Orion-10” zərbə pilotsuz təyyarələri, S-400 “Triumf” zenit-raket kompleksləri və “Pantsir” zenit kompleksinin modernizə edilmiş versiyaları ilə yaxından maraqlandığını görüb.

Bloqer Ermənistan müdafiə naziri Arşak Karapetyanın başçılıq etdiyi nümayəndə heyətinin S-400 komplekslərinin ətrafında rusiyalı rəsmilərlə müzakirələr apardığını,​ bu komplekləri yaxından araşdırdığını gördüyünü deyir. Və bildirir ki, Ermənistanın Rusiyadan silahlı PUA-lar, yeni hava hücumundan müdafiə sistemləri almaq niyyətləri bu ölkənin öz ordusunu yenidən quraraq “3-cü Qarabağ müharibəsinə hazırlaşdığını” göstərir (virtualaz.org).

Ədalət Verdiyev Ədalət Verdiyev

Hərbi ekspert Ədalət Verdiyev Bizimyol.info saytına bildirib ki, Arşak Karapetyanın sərghidə hansısa silahlarla maraqlanması hələ Ermənistanın o silahları alması anlamına gəlmir: “Ermənistanın hərbi büdcəsi və müasir silahlar almaq üçün vəsaitləri xeyli məhduddur. Biz son 30 ildə Ermənistanın silahları Rusiyadan daha çox yardım və kredit şəklində aldığının şahidi olmuşuq. Bu silah yardımı isə milyardlarla dolllar həcmində olub. Rusiyanın Ermənistana bu qədər silah ötürməsi onu 44 gün içində darmadağın olmaqdan qorumadı. Həmin silahların sırasında hətta tətbiqi qadağan olunmuş silahlara da rast gəldik”, - deyə ekspert vurğulayıb.

O qeyd edib ki, ​ Ermənistanın Rusiyadan yardım kimi ​ aldığı hərbi texnikaları və HHM sistemlərindən bəzilərinə Bakıda Hərbi Qənimətlər Parkında baxmaq olar: Bundan sonra Rusiya ya beynəlxalq qanunlar çərçivəsində, ya da digər yollarla Ermənistana yenə silah verə bilər. Lakin o silahların Ermənistanı xilas edəcəyini düşünmürəm. Ermənistan bir dəfə özünün fərari və nizam-intizamsız ordusu ilə rus silahının nüfuzunu yerlə-bir etdi. Növbəti dəfə, bu yardımlar ancaq Qənimətlər Parkının genişlənməsinə səbəb olacaqlar”.

Onun sözlərinə görə, Azərbaycan silahlı qüvvələri də hazırda müasirləşməyə, yeni silah və texnikalarla təchiz olunmağa davam edir.

“Heç kim unutmamalıdır ki, Ermənistanın üzləşdiyi bu bədbəxtliklər məhz bu silah yardımları ilə əlaqəlidir. Əgər Ermənistan bu qədər silahlandırılmasa idi, bəlkə də reallığı anlayar, ətrafındakı 130 milyonluq Türk dünyasına meydan oxumazdı”, - deyə Ə.Verdiyev əlavə edib.

Rüfət Əhmədzadə

Son xəbərlər
Bütün xəbərlər »