Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
PSJ Messi üçün mətbuat konfransı təşkil edəcək
PSJ Messi üçün mətbuat konfransı təşkil edəcək

Fransanın PSJ klubu avqustun 11-də xüsusi mətbuat konfransı təşkil ediləcəyini açıqlayıb.

"Report" xəbər verir ki, "Park de Prens" stadionundakı tədbir Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.

Konfransın yeni transfer Lionel Messiyə həsr olunacağı gözlənilir. 33 yaşlı hücumçu bu gün Fransaya çatıb. Paris təmsilçisi artıq futbolçunun keçidini sosial şəbəkə vasitəsi ilə elan edib.

Qeyd edək ki, Messi 2003-cü ildən İspaniyanın "Barselona" klubunda çıxış edib. O, bu komandanın heyətində 10 dəfə İspaniya çempionu olub, yeddi dəfə ölkə kubokunu, səkkiz dəfə isə superkuboku qazanıb. Dörd dəfə Çempionlar Liqasının qalibi olan təcrübəli hücumçu üç dəfə UEFA Super Kubokunda və klublararası dünya çempionatında qələbə sevinci yaşayıb.

Messi ötən mövsüm İspaniya La Liqasında 35 matçda iştirak edərək, 30 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun hesabında Çempionlar Liqasının 6 oyununda 5 qol və 2 məhsuldar ötürmə var.

Son xəbərlər
Bütün xəbərlər »