Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Çağırış yaşını 20-dən çox etmək ali təhsilli hərbçilərin sayını artırar və fərariliyin qarşısını alar"
"Çağırış yaşını 20-dən çox etmək ali təhsilli hərbçilərin sayını artırar və fərariliyin qarşısını alar"

2023-cü ildə 45 nəfər fərariliyə görə axtarışa verilib. Bu barədə Statistika Komitəsindən yerli mətbuata bildirilib. Axtarılan fərarilərdən 15 nəfərin yeri müəyyən edilib, 30 nəfəri ilin sonuna kimi tapmaq mümkün olmayıb. 2022-ci illə müqayisədə fərarilik azalıb (95,7 faiz təşkil edib).

Ehtiyyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, müqavilə əsasında xidmət edən bəzi şəxslər fərarilik edirlər. Yəni müqavilə bağlayırlar, müqavilə bağlayandan sonra müqavilə bitməmiş ordudan tərxis olmaq istəyirlər.

Şair Ramaldanov Şair Ramaldanov

Ekspertin sözlərinə görə, burada da müəyyən bir yanaşma var. Bəziləri fərarilik edərək xidməti yerini tərk edirlər və yaxud məzuniyyətə gedir, geri qayıtmırlar. Artıq müasir yanaşmalara üstünlük verərək, bunu kompleks şəkildə həll etmək lazımdır.

Əgər bu gün Azərbaycan ordusu artıq professional ordular sırasına qədəm qoyubsa və artıq Azərbaycan ordusunda xidmət edənlərin 70 faizi müqavilə əsasında xidmət edənlərdirsə, belə olan halda həqiqi hərbi xidmətə o qədər də ehtiyac olmaya bilər. Düşünürəm ki, ilkin çağırış yaşını 18 deyil, 20-21 yaş etmək olar.

“Gənc artıq 21 yaşında ali məktəbi bitirmiş olur. Onlar qanunda nəzərdə tutulmuş şəkildə hərbi xidmətə çağrıla bilər və yaxud ali məktəbdə də təhsil almayıbsa da, 1 il yarım xidmətə cəlb edilə bilər”-deyən Ramaldanov hesab edir ki, orduya ilkin çağırış yaşının artırılması bu kimi halların da qarşısını alacaq.

Hərbi ekspert vurğulayıb ki, fərarilik edənlərin sayı çox deyil, amma olmaması daha yaxşı olardı. Qanunvericilikdə bu məsələ ilə bağlı müəyəyn dəyişikliklər olandan sonra bu məsələ ilə də bağlı problemlər olmayacaq.

Ekspert bu kimi hallarda hansısa psixoloji amillərin olduğunu da istisna etmir.

Bu səbəbdən də bu məsələyə kompleks şəkildə səbəbləri ilə yanaşmaq lazımdır.

“Artıq bu gün Azərbaycanda bu məsələ qaldırılıb, bu məsələnin üstündə iş gedir. Ediləcək dəyişikliklər gələcəkdə bizim gənclərimizin öz gələcək planlarına, hədəflərinə nail olmaq üçün bir şansdır”-deyə ekspert bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »