Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: "Qəzza ilə bağlı aparılan siyasət Avropa dəyərlərinə inamı sarsıdır"
Ərdoğan: "Qəzza ilə bağlı aparılan siyasət Avropa dəyərlərinə inamı sarsıdır"

"Avropanın Qəzza zolağında böhranın həlli istiqamətində apardığı siyasət Avropa dəyərlərinə inamı sarsıdır".

Biaimyol.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 9-da qeyd olunan Avropa Günü münasibətilə çıxışında deyib.

“15 mini uşaq olmaqla 35 min fələstinlinin ölümünə səbəb olan Qəzza böhranı kontekstində bəzi Avropa qurumları və ölkələrinin yürütdüyü siyasətlər Avropa dəyərlərinə inamı sarsıdıb. Avropaya və ortaq coğrafiyamıza təsir edən böhranlar, münaqişələr və müharibələr həll edilmədikcə, bu dəyərlərə dair şübhələr daha da artacaq”, – deyə Ərdoğanın mesajında qeyd edilir. Çıxışın mətni Türkiyə liderinin administrasiyasının kommunikasiya şöbəsi tərəfindən yayılıb.

Onun fikrincə, hazırkı geosiyasi şəraitdə Avropa İttifaqının həm geniş Avropa coğrafiyası daxilində, həm də Aralıq dənizi hövzəsində inklüzivlik, əməkdaşlıq və ədalətlilik siyasəti yürütməsi son dərəcə vacibdir.

Ərdoğan artan islamafobiya, ksenofobiya və irqçiliyi Avropada yaşayan türk vətəndaşları və qaçqınları narahat edən ən ciddi səbəblərdən biri adlandırıb. “Avropada türk icmasına qarşı ayrı-seçkilik və nifrət cinayətləri artıq adi hala çevrilib”, - deyə vurğulayıb.

Türkiyə prezidenti həmçinin bildirib ki, Aİ ilə bütün sahələrdə, o cümlədən Ankaranın bu təşkilata daxil olması üçün danışıqlar prosesini sürətləndirmək yolunda daha güclü zəmin yaratmağın vaxtı çoxdan çatıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »