Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cəlilabadda məktəbin idman zalını söküblər
“Cəlilabad rayonunun Xanəgah kənd orta məktəbinin idman zalı naməlum səbəbdən sökülür”.

Bunu bizimyol.info-ya Cəlilabad rayon Xanəgah sakini bildirib.

Sakin iddia edib ki, 1980-ci illərdə tikilən məktəbin sökülən materialları şəxsi maraqlar üçün daşınır.

“Məktəb iki mərtəbəlidir və 25-ə yaxın sinif otağı var. İdman zalının dam örtüyü yararsız olduğundan onu bərpa etmək əvəzinə idman zalını sökdülər. Bu məktəbdə 4 kəndin şagirdləri təhsil alır. Xanəgah, Çəmənli, Pərdi və Türkelli kəndlərinin sakini olan şagirdlər bir daha idman dərsi keçməyəcəklər”,-deyə sakin bildirib.

Məsələ ilə bağlı Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Elminaz Həsənovanın mövqeyini öyrənmək cəhdlərimiz nəticəsiz qaldı. Belə ki, şöbə müdiri telefon zənglərimizə cavab vermədi.

Ramid İBRAHİMOV

[gallery columns="1" size="full" ids="35335,35336,35337">

Son xəbərlər
Bütün xəbərlər »