Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milyarderlərin kosmosa uçuşları başlayıb: “Mən bunu 5 yaşımdan arzulamışam” - Video
Milyarderlərin kosmosa uçuşları başlayıb: “Mən bunu 5 yaşımdan arzulamışam” - Video

Artıq zənginlərin kosmosa da səyahətləri başlayıb. Milyarderlər şirkətlərinin yaratdığı kosmik gəmilər vasitəsilə kosmosa gedib qayıdırlar. Hazırda planetin ən varlı adamı - “Amazon” şirkətinin rəhbəri Ceff Bezos da belə bir addım atıb.

Bizimyol.info xəbər verir ki, kosmik gəmidə Ceff Bezosla yanaşı, daha üç nəfər olub ki, biri də onun qardaşı Mark imiş. Səyahətdə 82 yaşlı qadın astronavt Uolli Frank və 18 yaşlı tələbə Oliver Deymen də iştirak edib.

Ceff Bezos Ceff Bezos

Ceff Bezos kosmosa ilk uçuşu haqda hələ may ayında məlumat vermişdi. O, uçacağı kosmik gəmidə bir yer üçün hərrac da elan eləmişdi.

Şərqi Texasdan start götürən bu uçuşa əslində Ceff Bezos lap çoxdan addım-addım gedirdi. O, “Blue Origin” kosmik şirkətini hələ 2000-ci ildə yaradıb. “Blue Origin” dəfələrlə sınaq uçuşları həyata keçirib. Göyərtəsinə insanları mindirməmişdən öncə 15 dəfə heyətsiz kosmik səfərlər edib. Hər şey ona doğru gedirdi ki, Bezos kosmosa ayaq basan ilk milyarder olsun. Amma onu qabaqladılar. 20 iyulda bu arzusuna çatan Bezosdan cəmi 9 gün əvvəl “Virgin Airlines” şirkətinin rəhbəri, britaniyalı Riçard Brenson kosmosa səyahət etdi. O da öz şirkətinin hazırladığı kosmik gəmi ilə uçmuşdu. 88 kilometr hündürlüyə qalxan Bezos orada 4 dəqiqə keçirəndən sonra Yerə endi.

Lakin Bezosun şirkəti bəyan edib ki, bu, kosmosa səyahət sayılmır. Çünki kosmosun sərhədini keçməyib. Kosmosun sərhədi Yerdən 100 kilometr məsafədədir.

Ceff Bezis kosmosa səfərindən sonra fikirlərini sosial şəbəkə hesabındakı paylaşımında bölüşüb.

“Kosmosa uçuş adamı dəyişir. Mən bunu 5 yaşımdan arzulamışam”, - Bezos belə deyib.

82 yaşlı Uolli Frankı kosmik səyahətə dəvət etməsinin səbəbinə gəlincə, məlum olub ki, qadın astronavt 1961-ci ildə NASA-da Merkuri proqram hazırlığını keçsə də, kosmosa getmək ona nəsib olmayıb. Bunu eşidən Ceff Bezos yaşlı astronavt qadını arzusuna çatdırmaq qərarına gəlib və onu özü ilə birlikdə kosmosa uçmağa dəvət edib.

Son xəbərlər
Bütün xəbərlər »