Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərəblərin Qaxdakı çadırları söküldü: Baş verənlərə görə kim cavab verəcək...
Ərəblərin Qaxdakı çadırları söküldü: Baş verənlərə görə kim cavab verəcək...

Qax Dövlət Təbiət Yasaqlığı ərazisində əcnəbi turistlərin qurduğu çadırlar sökülüb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın yaydığı bəyanatda deyilir.

Bildirilib ki, cəmiyyətdə narazılığa səbəb olan ekoloji problem müvafiq qanunlar çərçivəsində həll edilib. Şura ölkə ictimaiyyətinə məsələnin geniş müzakirəyə çıxarılmasına görə təşəkkür edib.

Qeyd edək ki, Qax Dövlət Təbiət Yasaqlığı ərazisində - Acınohurda ərəblərin nadir quşları və heyvanları ovlamasını əks etdirən görüntülər yayılmış, buna ictimaiyyət tərəfindən kəskin reaksiya göstərilmişdi.

Ərəb turistlər müvafiq qaydada cəzalandırılıb.

P.S. Qeyd edək ki, qadağan olunmuş ərazilərdə ovla məşğul olan ərəblərdən biri sosial şəbəkədə iddia etmişdi ki, onlar qoruq ərazisinə daxil olmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə adambaşına 2500 dollar qeyri-rəsmi ödəniş edirlər. Həmçinin əraziyə gətirilən hər şahin quşuna görə də 500 dollar ödənildiyini yazıb. Maraqlıdır, görəsən, hüquq-mühafizə orqanları bu iddialarla bağlı təhqiqata başlayacaqlarmı?..

Son xəbərlər
Bütün xəbərlər »