Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə koronavirusa sutkalıq yoluxma sayında artım müşahidə edilir
Türkiyədə koronavirusa sutkalıq yoluxma sayında artım müşahidə edilir

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 153 nəfər vəfat edib.

APA xəbər verir ki, bu barədə “covid19.saglik.gov.tr” portalında məlumat yayılıb.

Məlumata görə, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 29 081 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 20 208, ağır xəstələr isə 1810 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 3 149 094 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 921 037 nəfər sağalıb, 30 772 nəfər isə həyatını itirib.

Son xəbərlər
Bütün xəbərlər »