Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Panama mətbuatında Xocalı soyqırımı barədə məqalə dərc edilib
Xocalı soyqırımı

Panamanın “Panama Revista” internet jurnalında Xocalı soyqırımı haqda yerli jurnalistlər Federiko Muinya və Hektor Barrosun müəllifləri olduğu “24 saat kifayət edir” başlıqlı məqalə dərc olunub.

Bizimyol.info xəbər verir ki, Azərbaycanın Meksikadakı səfirliyindən verilən məlumata görə, məqalədə 1992-ci ilin 26 fevral tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırımı haqda məlumat verilir, bu amansız qətliam zamanı azyaşlı uşaqlar və qadınlar da daxil olmaqla 613 nəfər mülki azərbaycanlının xüsusi qəddarlıqla qətlə yetirildiyi, yüzlərlə insanın yaralandığı və itkin düşdüyü bildirilir.

Dinc əhaliyə qarşı törədilmiş bu amansız qətliamın Xocalını əhalisi ilə birlikdə yer üzündən tamamilə silmək məqsədi daşıdığı deyilir və Ermənistanın keçmiş prezidenti, soyqırımının başlıca təşkilatçılarından olan Serj Sarkisyanın erməni tərəfinin Xocalıdakı cinayətlərinə dair etirafları qeyd olunur.

Xocalıda törədilmiş qətliamın soyqırımı xarakteri daşıdığı vurğulanır və bu faciənin bir sıra dövlətlər, o cümlədən Kolumbiya, Meksika parlamentləri, habelə İslam Əməkdaşlıq Təşkilatı tərəfindən rəsmi qaydada tanındığı məlumat verilir.

Yazıda, həmçinin faciənin canlı şahidi olmuş, əsir düşmüş və sağ qalmış soydaşlarımızın ağrılı xatirələrindən sitatlar gətirilir.

Paylaş »
››› Sirli xalq - qaraçılar: Azərbaycanda harada və nə qədərdir...
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Məşhur romanda yazılanlar dünyada necə reallığa çevrilib...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Gəncədə məktəb direktoru COVID-19-dan dünyasını dəyişib
››› Ukrayna Rusiyanın Kiyevdəki səfirliyinin baş diplomatına üç gün vaxt verdi
Son xəbərlər
Bütün xəbərlər »