Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yuventus" kökündən dəyişir, Ronaldo satılır
"Yuventus" kökündən dəyişir, Ronaldo satılır

UEFA Çempionlar Liqasındakı uğursuzluqdan sonra İtaliya "Yuventus"unun rəhbərliyi komandanın qlobal şəkildə yenidən qurulmasına köklənib.

"Report"un məlumatına görə, cari mövsümün sonunda müdafiəçilər Aleks Sandro və Canluka Frabotta, yarımmüdafiəçi Aaron Remsi və hücumçu Kriştiano Ronaldo ilə yollar ayrıla bilər. Braziliyalı Sandro özü getmək istəyirsə, uelsli Remsi komandadakı gələcəyinə əmin deyil. İtaliyalı Frabotta isə yerinə yeni oyunçu alınacağı təqdirdə, komandada oyun vaxtı qazana bilməyəcək.

Portuqaliyalı Ronaldoya gəldikdə, klub onu 60 milyon avroya satmağa hazırdır. "Yuventus"un 36 yaşlı forvarda illik 31 milyon avro ödəyə bilmədiyi deyilir. Əsas namizəd isə Fransa PSJ-sidir.

Eyni zamanda komandanı Canluici Buffon, Fereriko Bernardeski, Radu Draqusin, Adrien Rabyo və Merih Demiralın tərk etməsinin mümkünlüyü də vurğulanır.

Əvəzində hələlik iki yarımmüdafiəçi - "Sassuolo"dan Manuel Lokatelli və İngiltərənin "Çelsi" klubundan Jorjinyonun maraq dairəsinə düşdüyünü iddia olunur.

Qeyd edək ki, "Yuventus" Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ-yə iki oyunun yekununda səfər qolu prinsipi ilə uduzub - 1:2, 3:2.

Son xəbərlər
Bütün xəbərlər »