Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden ABŞ-ın normal həyata qayıdacağı ilə bağlı proqnozunu açıqladı
Co Bayden

ABŞ prezidenti Cozef Bayden amerikalıların 1 il sonra koronavirus pandemiyasından əvvəlki kimi normal həyata qayıdacaqlarına ümid edir.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Çərşənbə axşamı Ağ Evdə dövlət başçısından ölkənin nə vaxt normal həyata qayıdacağını soruşublar. "Məni xəbərdarlıq etdilər ki, bu suala cavab verməyim, çünki biz dəqiq bilmirik. Amma ümid edirəm ki, növbəti il normal həyata qayıdacağıq", - Amerika lideri vurğulayıb.

Bayden yenidən ABŞ-ın 45-ci prezidenti Donald Trampın koronavirusla mübarizə üzrə tədbirlərini tənqid edib: "Sələfimiz tərəfindən miras qalmış qarışıqlıqdan inkişafa nail oluruq". Bununla belə, Ağ Evin başçısı əlavə edib ki, "vəziyyət yenidən pisləşə bilər". Baydenin sözlərinə görə, onun administrasiyası "heç vaxt səhiyyə sahəsində indiki böhrana düşüncəsiz yanaşmayacaq".

"İndi sayıqlığı itirmək vaxtı deyil", - qoruyucu maskalardan istifadə ehtiyacı haqqında danışan Bayden vurğulayıb.

ABŞ-da federal və yerli hakimiyyətin məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universitetinin məlumatına görə, Birləşmiş Ştatlarda koronavirusa 28,7 milyondan çox yoluxma aşkarlanıb, virusdan demək olar, 516 min insan ölüb. ABŞ hər iki göstərici üzrə dünyada birinci yerdədir.

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »