Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın planına qarşı Qarabağa azərbaycanlıların yerləşdirilməsi lazımdır - Açıqlama
Xankəndi

Qarabağdakı separatçı rejimin rəhbəri Araik Arutunyan rəsmi sosial şəbəkə səhifəsində "DQR"lə bağlı yayılan məlumatlara cavab olaraq bildirib ki, qondarma rejimin "ordu"su və "xarici işlər nazirliyi"nin ləğvi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir:

"Deyilir ki, Qırmızı bazar-Şuşa yolunu azərbaycanlılara təhvil verəcəyik və Xankəndidə Azərbaycan bayrağı dalğalanacaq. Bildirmək istəyirəm ki, bütün bunlar yalandır. "Artsax respublikası"nın bütün dövlət qurumları tam gücü ilə işləyir və işləyəcək".

Rusiyanın ayağı Qarabağda olduğu müddət ərzində onlar belə açıqlamalar verməkdən çəkinməyəcəklər. Türkiyə sülhməramlılarının bölgəyə gəlişi Rusiya tərəfini müəyyən qədər çərçivəyə girməyə məcbur etdi. Məlum olduğu kimi, onlar şənbə günü Fransadan gələn heyəti Azərbaycanın icazəsi olmadan əraziyə buraxmaq istəməyiblər.

Ilham Ismayıl İlham İsmayıl

"Hesab edirəm ki, təcili olaraq Diplomatik korpus nümayəndələrinin Qarabağa daha bir səfərnin təşkili lazımdır. Çünki korpus nümayəndələrinin Bərdə və Gəncəyə, Ağdama səfərləri olayların dünyaya obyektiv çatdırılmasında mühüm rol oynayır. Bu səfər ermənilərin əsl vəhşi, qorxunc üzünü öz gözlərilə görüb inanmağa xidmət etməlidir. Necə deyərlər yüz eşitməkdənsə bir görmək. Bu səfər gələcəkdə ermənilərə qaldırılacaq təzminat məhkəməsində bir sənəd funksiyası işini də görə bilər,- deyə politoloq İlham İsmayıl hesab edir.

Onun fikrincə, Rusiyanın Ermənistandan oraya adam daşımasının bir məqsədi var. Rusiya onlar olmadan Qarabağda heç bir statusla qala bilməz. Bu məqsədlə Azərbaycan Qarabağdan olan azərbaycanlıların əraziyə yerləşdirilməsinə başlamalıdır.

“Yuxarı Qarabağa qaçqınlarımızı köçürməsək, ermənilərin status müzakirələrinə rəvac vermiş olacağıq. Azərbaycan Ermənistanda baş verə biləcək siyasi hadisələrdən asılı olmayaraq, Qarabağda suverenliyini bərpa etmək üçün siyasi-diplomatik fəaliyyətə başlamalı, ilk növbədə 10 noyabr bəyanatında qeyd edildiyi kimi Qarabağın azərbaycanlı qaçqınlarını əvvəllər yaşadıqları yerlərinə qaytarmaq üçün konkret addımlar atmalıdır. Düşmən isə süni şəkildə bölgədə say artımı ilə məşğuldur. Nədən başlayacağımızı dəfələrlə bildirmişik. Azərbaycanlılar 90-cı illərin əvvəlinədək orada yaşadıqları yerlərə köçürülməlidir. Bu barədə gecikmədən rəsmi bəyanat elan olunmalıdır. İlk beşillikdə bu məsələ həll olunmasa, biz çox beşilliklər gözləmək təhlükəsi ilə üz-üzə qala bilərik.

İlk növbədə 10 noyabr bəyanatına əsasən, Ermənistan qüvvələrinin Azərbaycan ərazisindən tamam çıxarılması, azərbaycanlı qaçqınların Yuxarı Qarabağa köçürülməsi həyata keçirilməlidir”.

Qeyd edək ki, delimitasiya və demarkasiya prosesi çərçivəsində Ermənistan dövlət sərhədində mövqelərini geri çəkməyə başlayıb, onlar bildirir ki, bu qərar yuxarıdan gəlib və onların geri çəkildiyi mövqelərə Azərbaycan qüvvələri yerləşməyə başlayıb.

Ermənistanın Gorus rayonundakı Nerkin Xndzoresk (Xinzirək) kəndi Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiya və demarkasiya prosesinə daxil edildi. Azərbaycan nümayəndələrinin kənddə olduğu təsdiqlənib.

Delimitasiya prosesi cənubdan şimala doğru davam edir. Hələlik işğalda olan Bağanis Ayrım, Xeyrimli, Barxudarlı, Yuxarı Əskipara, Qızıl Hacılı, Aşağı Əskipara, Kərki və Nüvədi kəndlərinin Ermənistan vətəndaşlarından boşaldılması prosesi tam başa çatmaqdadır. Laçın rayonundan çıxanların bir qismi Kərki və Nüvədi kəndlərinə yerləşmişdilər. Onların da kəndi tərk etdiyi bildirilir.

Bu günlərdə Vladimir Putinin tələbə yoldaşı İlham Rəhimov verdiyi müsahibədə maraqlı məqama toxundu. Putin daimi deyil, dəyişə bilər. Qarabağda sülhməramlı olduqca, Qarabağ heç vaxt tam bizim olmayacaq. Sülhməramlılar 5 il tamam olmamış və Putinin prezidentlik müddəti bitməmiş Qarabağdan çıxarılmalıdır. Hətta ən yaxşısı bunu indi etməkdir.

Turab Rzayev Turab Rzayev

Siyasi şərjçi Turab Rzayevin açıqlamasına görə, onunla eyni vaxtlarda Rusiyanın keçmiş Prezidenti və Baş Naziri, hakim partiyanın sədri Dmitri Medvedev verdiyi müsahibədə vurğulayır ki, Azərbaycan qaytardığı torpaqlar üçün Putinə minnətdar olmalıdır.

“Putinin tələbəlik dostunun Putinin hakimiyyətdən getməsini açıq şəkildə deyəcək və Rusiya qoşunlarının Qarabağdan çıxmasını istəyəcək qədər cəsarətli açıqlama verməsinin səbəbi mütləq var. Medvedev Putinə Azərbaycan və Ermənistanın necə minnətdarlıq göstərməyini istəyərdi? Sülhməramlıların Qarabağdan çıxmasının qiyməti var və bu Putinin çoxdankı xəyalının reallaşması ola bilər.

Sovet İttifaqının başqa adla bərpası və ya daha açıq yazsaq, Avrasiya İttifaqı və KTMT-yə üzvlük”,- deyə analitik qeyd edib.

Deyirlər sən saydığını say, gör, fələk nə sayır. Siyasəti fələyin qələminə bağlamaq olmaz. Biz 28 il saydıq və son saydığımız da minlərlə şəhidimizin adı oldu. Onların sayı artmasın, bu dərd sabahlara qalmasın deyə düşmən oyaqkən, bizə yatmaq haramdır.

İlhamə

Paylaş »
››› Hacıbala Abutalıbov Bakıdan köçüb
››› Martın 7-nə olan hava proqnozu
››› Avropaya açılan Naxçıvan dəhlizindən hansı ölkələr yararlanacaq...
››› Həkim yanlışlığı tanınmış vəkilin ayağının kəsilməsinə səbəb olub
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı
››› Aram Qabrelyanov: "Ermənistanda hakimiyyətə yeni Njde gələcək"
Son xəbərlər
Bütün xəbərlər »