Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uşaq pulu verilmir, uşaq qidası və geyimləri ƏDV-dən azad olunsun - Hüquqşünas
Uşaq pulu verilmir, uşaq qidası və geyimləri ƏDV-dən azad olunsun - Hüquqşünas

Azərbaycanda əlavə dəyər vergisindən (ƏDV) azad edilən idxal mallarının siyahısı genişləndirilir. Qanunvericiliyə edilən son dəyişikliklə qızıl və gümüş ƏDV-dən azad edilir. Bu dəyişiklik təsdiqlənərsə, qiymətli əşyaların ucuzlaşacağı gözlənilir.

Bəli, ƏDV məhsulun qiymətinə əlavədir. Son istehsalçının aldığı məhsulun üzərində qeyd olunan qiymətdə yazılır: “Qiymətə ƏDV daxildir”.

Malın maya dəyərinə əlavələr (vergi və rüsumlar) qiymət artımına səbəb olur. Malın hərəkət mərhələlərinə (ilkin istehsalçı, emal sənayesi, topdan satıcı, pərakəndə satıcı, alıcı-son istehlakçı) nəzər salanda qiymət artımını nəzəri görmək mümkündür.

Pandemiya vəziyyətilə bağlı işsizliyin artması və ya gəlirlərin azalması fonunda yanacağın və içməli suyun qiymətinin artması narahatlığa səbəb olub. Əhali istehlak səbətinə daxil olan məhsulların ƏDV-dən azad olunmasını gözləyirlər.

Gürcüstanda uşaq geyimləri, uşaq qidaları ƏDV-dən azaddı. Gənc ailələrə dəstək üçün uşaq pulu verilməirsə, qonşu ölkədə olduğu kimi uşaq geyimləri və qidaları ƏDV-dən azad olunması təklif olunur.

Əkrəm Həsənov Əkrəm Həsənov

Hüquqşünas Əkrəm Həsənov Bizimyol.info bildirib ki, gənc ailələrə dəstək üçün uşaq geyimləri və qidalarının ƏDV-dən azad olunması təklifi dəstəklənməlidir.

“Dövlət ƏDV-dən azad olunma məsələsində yalnız istehsalçıların marağını düşünmür. Bu məsələdə ilk növbədə iqtisadiyyatın müəyyən sahəsinin inkişafı nəzərdə tutulur. Amma istehlakçı nökteyi nəzərdən hansısa sahənin ƏDV-dən azad olunması təklif oluna bilər.

ƏDV məsələsində sadəcə bir az ehtiyatlı olmaq lazımdır. ƏDV bir zəncirdir. Ödədiyi vergini dövlətlə əvəzləşdirə bilir. Belə ki ƏDV-dən azad olunan mallarda süni-istifadə halları olur”,-deyə Ə.Həsənov bildirib.

Hüquqşünas qeyd edib ki, dövlətin fiskal siyasətinə ziyan vurmayan mallar ƏDV-dən azad oluna bilər: “Dövlət ƏDV-nin müəyyən faizini istehlakçıya geri qaytarır. Düzdür, burada əsas məqsəd sahibkarın vergidən yayınmasının qarşısını almaqdır. Əgər uşaq geyimləri və qidaları ƏDV-dən azad olunsa, ola bilsin sahibkarlar vergidən yayınmağa çalışacaqlar. Burada sistemli düşünmək lazımdır.

Bütövlükdə dövlətin fiskal siyasətinə (dövlətin büdcə və vergi siyasəti olmaqla, büdcə formalaşması) ziyan vurmayacaqsa, aztəminatlı ailələrin aldığı məhsullar üzrə vergi güzəştləri tətbiq edilməsi arzuolunandır”.

Son xəbərlər
Bütün xəbərlər »