Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Teymur Rəcəbovdan uğurlu start
Teymur Rəcəbov

Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” onlayn şahmat seriyasının üçüncü mərhələsinin ilk yarış günündə 5 turda mübarizə aparıb.

"Qafqazinfo" xəbər verir ki, “Opera Euro Rapid” adlanan turnirin birinci turunda şahmatçımız Almaniya təmsilçisi Matias Blubaumla heç-heçə edəndən sonra növbəti oyunda amerikalı şahmatçı Sem Şenklandı məğlub edib. Sonrakı oyunlarda ABŞ-ın digər təmsilçisi Leyner Dominqez, Polşa şahmatçısı Yan-Kşıştof Duda və rusiyalı Aleksandr Qrişukla ilə heç-heçə edərək aktivinə 3 xal yazdırıb.

Üç gün davam edəcək qrup mərhələsində gündə beş tur oynanılacaq. Turnirin mükafat fondu 100 min ABŞ dolları təşkil edir.

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və 2021-ci ilin sentyabrına qədər davam edəcək.

Paylaş »
››› Rusiyada azərbaycanlı gənc ermənini üzr istəməyə məcbur etdi - Foto
››› Qasparyan: “Bakı-Tbilisi-Ceyhan”ı raketlə vurmaq istədim, Paşinyan qoymadı”
››› “İskəndər” partlaması: Ordu Paşinyana qarşı qiyama qalxdı - Kreml nə etmək istəyir...
››› Nostradamus mayın 10-na hansı hadisələri proqnoz edib – Tədqiqatçı açıqladı
››› “Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
››› Ermənistanda dövlət çevrilişinə cəhd: Paşinyanın da tərəfdarları paytaxta toplaşır
››› “Məmur korpusunda irimiqyaslı təmizləmə əməliyyatı olacaq”
Son xəbərlər
Bütün xəbərlər »