Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirliyin mobil tətbiqi fəaliyyətə başladı - Video
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Azərbaycanın Vahid Sosial Reyestri olan e-sosial.az internet portalından rahat istifadə və portalın daha əlçatan olması məqsədilə “Android” və “İOS” əməliyyat sistemi üçün tətbiqlər də fəaliyyət göstərir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

E-sosial.az portalından istifadə artıq daha əlçatan, daha sürətli və daha rahat olacaq. Bu mobil tətbiqi yükləyərək sosial müdafiə hüquqlarınız barədə bütün suallara bir pəncərədə cavab tapa bilərsiniz.

Mobil tətbiqdə qeydiyyat çox sadədir. Sizdən yalnız istifadəçi adı, şifrə, adınıza olan mobil nömrə, elektron poçt ünvanı və FİN nömrənizi qeyd etmək tələb olunur.

16 elektron altsistemi və iki reyestri özündə birləşdirən portalda əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya kimi müxtəlif sahələrin elektron bazasına çıxış imkanı var.

Qeyd edək ki, 2020-ci il ərzində e-sosial.az portalına “Android” əməliyyat sistemi vasitəsilə 32 050, “İOS” platforması üzərindən 31 186 müraciət daxil olub.

E-sosial.az portalının mobil tətbiqi ilə bağlı ətraflı məlumat almaq üçün nazirlik tərəfindən hazırlanan videoçarxı təqdim edirik:

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...”
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› Vilayət Eyvazov polis rəisini işdən azad etdi
Son xəbərlər
Bütün xəbərlər »