Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sumqayıt" baş məşqçi problemi ilə üzləşdi
"Sumqayıt" baş məşqçi problemi ilə üzləşdi

"Sumqayıt" klubu Azərbaycan Premyer Liqasının XIII turunda "Sabah"la keçirəcəyi oyun öncəsi problemlə üzləşib.

"Report"un əldə etdiyi məlumata görə, baş məşqçi Ayxan Abbasovun səhhətində problem yaranıb. Xəstələndiyini bildirən Abasov bugünkü məşqi əsas köməkçisi Elnur Çodarova həvalə edib.

Komandanın bəzi üzləri ötən gün test verdiklərindən, baş məşqçinin koronavirusa yoluxduğu ehtimal edilir. Klubun Mətbuat katibi Rəşad Məmmədov isə "Report"a açıqlamasında məlumatı nə təkzib, nə də təsdiq edib. O bildirib ki, Abbasovun özü ilə əlaqə saxlamaq mümkün olmayıb.

Qeyd edək ki, dekabrın 24-də keçiriləcək "Sumqayıt" - "Sabah" matçı saat 16:00-da başlayacaq.

Son xəbərlər
Bütün xəbərlər »