Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cəza tədbirləri dərman qıtlığını aradan qaldıracaqmı?
Cəza tədbirləri dərman qıtlığını aradan qaldıracaqmı?

Koronavirus pandemiyası Azərbaycanda daha çox işbazların işinə yarayır. Onlar virusun geniş yayılmasından istifadə edərək, bəzi dərmanların qara bazarını yaradır, ölüdən də, diridən də pul qazanaraq, xalqın bu ağır günündən də faydalanırlar.

Dünən İqtisadiyyat Nazirliyi, qiymətlərin baha satılması hallarına rast gəlinəcəyi halda ciddi tədbirlər görüləcəyi barədə bəyanat yayıb .

İnzibati xətalar məcəlləsinin 221-ci maddəsinin 2-ci bəndinə görə qiyməti tənzimlənən dərman vasitələrinin Tarif Şurasının müəyyən etdiyi yuxarı həddən baha satılmasına görə: vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək; hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

Müvafiq hal 1 il müddətində təkrar törədilərsə bu zaman:vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir.

İqtisadiyyat Nazirliyi bunu preventiv tədbir kimi nəzərə alıb. Amma nəzərə alınmayıb ki, artıq dərman bazarında özbaşınalıq alıb başını gedir. Milyonlar qazanan bir monopolisti bu cəza tədbirləri ilə qorxutmaq olarmı? Çətin.

Bu gün itkilərimizin əhəmiyyətli hissəsi ötən 20 il ərzində normal səhiyyə və tibbi sığorta sistemi qura bilməməyimiz, ölkənin dərman təlhükəsizliyini təmin edə bilməməyimiz, yerli dərman istehsalı sənayesi yarada bilməməyimiz, tibb sahəsi üzrə ixtisas paylayan elm müəssisələrimiz rüşvətlə işləməsi və s. və s. səbəblərdən qaynaqlanır. Amma bütün bunlarda həm media və həm də vətəndaş cəmiyyəti təmsilçiləri, istisnalar olmaq şərti ilə çox laqeyd yanaşdı...

Söhbət etdiyimiz Bakı sakinləri yaxınları üçün koronavirusa qarşı Azərbaycan həkimlərinin effektiv hesab etdiyi bir neçə dərmanın tapılmadığını və qara bazarda normadan çox baha qiymətə satıldığını deyirlər. Dərman çatışmazlığı ilə bağlı səslənən ittiahama cavabında Səhiyyə Nazirliyi bildirib ki, bu qurum dərman satışı ilə məşğul olmur.

Adına pandemiya deyib sərt tədbir alındısa dərman satışı da , müalicə işi də bir əldə toplanmalıydı . İnsanlar TƏBİB-lə Səhiyyə Nazirliyi arasında yordu-yordu oyununa girməməliydi.

Hələ ki son deyil, nəsə etmək olar.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »