Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bütövlük və azadlıq uğrunda döyüşən igid neftçilər - Video
Bütövlük və azadlıq uğrunda döyüşən igid neftçilər

Şanlı Azərbaycan Ordusu 30 il işğal altında olan torpaqlarını düşməndən azad etdi. Bunun üçün isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər və rəşadətli Ordumuza cəmi 44 gün vaxt lazım oldu.

Sentyabrın 27-də başlayan əks-həmlə hücumları oktyabrın 4-də artıq ilk nəticəsini verdi. Əvvəlcə qorxmaz Ordumuz tərəfindən Cəbrayıl, oktyabrın 17-də Füzuli rayonları, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də isə Qubadlı rayonları yağı düşməndən azad edildi.

Noyabrın 8-də Şuşanın azad edilməsi isə xalqımız tərəfindən toy-bayram kimi qeyd edildi. Azərbaycanın göz bəbəyi və incisi olan Şuşanın igidlərimizin əlbəyaxa döyüşləri ilə əldə edilməsi isə dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Artıq tam olaraq məhv olacağını və darmadağın ediləcəyini anlayan düşmən kapitulyasiya sənədinə qol çəkməyə məcbur oldu. “Böyük Ermənistan” xülyası ilə yaşayan cılız bir ölkə təslimçilik sənədinə imza atdı. Bununla da Azərbaycan Ordusu bir güllə atmadan və itki vermədən noyabrın 20-də Ağdamı, noyabrın 25-də Kəlbəcəri, dekabrın 1-ində isə Laçın rayonlarını geri qaytardı.

“Qarabağ Azərbaycandır!” deyib birləşən xalq

Bu şanlı tarix hər bir vətəndaşımızın gözləri qarşısında yazıldı. Azərbaycan bir dövlət olaraq bütün dünyaya öz gücünü, varlığını sübuta yetirdi. Azərbaycan bu Vətən savaşı ilə bütövlüyünü və böyüklüyünü bərpa etdi.

Müharibənin ilk günündən xalqla sevincini bölüşən Ali Baş Komandan “Qarabağ Azərbaycandır!” deyirdi. Xalq da II Qarabağ müharibəsində ölkə başçısını - Ali Baş Komandanını dəstəkləyərək bu savaşa bir şüar və bir amalla getdi - “Qarabağ Azərbaycandır!”.

Bu şüar ilə on minlərlə Azərbaycan igidi, oğul və qızları silaha sarılıb işğal altında, erməni tapdağı altında olan torpaqlarını azad etməyə getdi. Müharibəyə yollananlar arasında dövlət qurumlarında çalışan minlərlə vətənpərvər şəxs də oldu.

"Report" İnformasiya Agentliyi qəhrəmanları xalqa təqdim etmək məqsədi ilə bir sıra dövlət qurumlarına müraciət etdi. Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) verilən məlumata görə, şirkətin 500-ə yaxın əməkdaşı da Qarabağın azad edilməsi üçün səfərbər olublar və Qarabağ uğrunda döyüşdülər...

Müharibənin getdiyi ilk günlərdə xalq arasında bir deyim də yarandı – "Valideynlərinin qucağında Qarabağdan çıxanlar, artıq tank belində Vətənlərinə qayıtdılar". Qayıtdılar ki, özlərinin sahibi olduqları torpaqları geri qaytarsınlar! Qayıtdılar ki, yeni tarix yazsınlar! Yazdılar da...

Qələbəyə imza atan neftçilər...

II Qarabağ Müharibəsində iştirak edənlərdən biri SOCAR-ın Nəqliyyat İdarəsinin şöbə rəisi, ehtiyatda olan zabit, baş leytenant Aydın Məmmədovdur. Aydın Məmmədov tağım komandiri kimi sentyabrın 27-dən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Agdərə istiqamətində gedən gərgin döyüşlərdə vuruşub, əks-hücum əməliyyatlarında qələbəyə imza atıb.

Bütövlük və azadlıq uğrunda döyüşən igid neftçilər

II Qarabağ müharibəsində iştirak edənlər arasında SOCAR-ın Nəqliyyat İdarəsinin digər əməkdaşı, idarənin böyük mühəndisi, əslən Qərbi Azərbaycandan olan 26 yaşlı Nicat Zeynalov da var idi. Nicat Zeynalov hərbi səfərbərlik elan olunan ilk gündən II Qarabağ savaşında iştirak etdiyinə görə qürurludur. Atıcı əsgərimiz Füzuli, Cəbrayıl, Qubadlı, Hadrut və Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşub. İşğalçılara qarşı amansız olan Nicat Zeynalov qorxmaz əsgər yoldaşları ilə düşməni cavab atəşi ilə susdurmağından fərəhlə danışır.

Ürfət Hüseynov Ürfət Hüseynov

1993-cü ildə Füzuli rayonu işğal olunanda onun 18 yaşı var idi. Bu illər ərzində yurd həsrəti ilə məcburi köçkün adı altında yaşayan qəhrəman bu gün ata yurdu Füzuli ilə yanaşı, Cəbrayıl, Qubadlı, Laçın istiqamətlərində gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edən qəhrəmanlarımızdandır. 2005-ci ildən SOCAR-ın Geofizika və Geologiya İdarəsində çalışan ehtiyatda olan zabit, leytenant Ürfət Hüseynov tağım komandiri olaraq hazırda Laçında torpaqlarımızı qoruyur.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan döyüşlərdə vuruşanlardan biri də 2012-ci ildən SOCAR-ın Marketinq və İqtisadi Əlaqələr İdarəsinin Tikinti, təchizat və təsərrüfat işləri şöbəsində mühəndis vəzifəsində çalışan Kamil Səfərov olub. O, sentyabrın 29-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Orduya çağrılıb. Tağım komandiri ilk vaxtlardan döyüşlərə qatılıb və Füzulinin Kürd Mahmudlu kəndində təlim keçib.

Bütövlük və azadlıq uğrunda döyüşən igid neftçilər

Kamil Səfərov Cəbrayılın Daşkəsən kəndində strateji ərazinin mühafizəsində, Hadrut qəsəbəsində gedən döyüşlərdə, Xocavənd rayonunun Teraşer, Çakuri və Tuğ kəndlərində döyüş və strateji mövqeyin mühafizəsi və müdafiəsi, xüsusi təyinatlı qüvvələrin şəhid və yaralıların çıxarılmasında iştirak edib. Bununla yanaşı, Kamil Xocavənd rayonunun Meştaqlar, Şuşa yolunda Qırmızı bazar - strateji ərazinin, Xocavənd rayonunda Kiçik Taqavar kəndində 14 şəxsi heyətlə (özü ilə birlikdə) strateji və çətin ərazinin mühafizəsi və mudafiəsini həyata keçirib. O, çətin şəraitə baxmayaraq, tapşırılan bütün döyüş tapşırıqları yerinə yetirib.

Qulu Allahverdiyev Qulu Allahverdiyev

Qələmi silahla əvəz etdilər

İkinci Qarabağ müharibəsində qazandığımız Qələbədə yüksək döyüş qabiliyyəti nümayiş etdirən ehtiyatda olan təcrübəli zabit, leytenant Qulu Allahverdiyev isə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin əməkdaşıdır. O hərbi səfərbərlik elan olunan ilk günlərdən – sentyabrın 30-dan ön cəbhədədir, Talış və Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla iştirak edib. Qısa zamanda döyüş yoldaşlarının hörmətini qazanan Qulunu arxa cəbhədə dostları və iki azyaşlı körpəsi səbirsizliklə gözləyir.

Qulu Allahverdiyev Qulu Allahverdiyev

“SOCAR Media” qrupunun mütəxəssisi Elşən Qasımov 1993-cü il noyabrın 29-da dünyaya göz açanda ata yurdu Ağdam işğal olunmuşdu. Vətənpərvər neftçimiz torpaqlarımızın işğal altında olması ilə barışmırdı. II Qarabağ savaşında könüllü olaraq döyüşlərə qatılan Elşən Cəbrayıl, Hadrut, Şuşa, Laçın, Xocalı istiqamətində gedən döyüşlərdə düşmənlə üz-üzə gəlib, onlara sarsıdıcı zərbələr endirib.

Elşən Qasımov Elşən Qasımov

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› "Deyirlər ki, Qarabağ bizim nəyimizə lazımdır..."
››› Özünü 18-ci mərtəbədən atan qızla bağlı məlumat - Video
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› Yüzlərlə Bakı sakini Naxçıvanda ilişib qalıb
››› “Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyası qurur”
Son xəbərlər
Bütün xəbərlər »