Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əsgərlərimiz Laçında dövlət himnini oxudular - Video
Əsgərlərimiz Laçında dövlət himnini oxudular - Video

Azərbaycanın qərbində, Kiçik Qafqazda yerləşən Laçın rayonu dekabrın 1-də, 28 ildən sonra Azərbaycana qaytarılıb. Rayon 1992-ci il 18 maydan etibarən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında idi.

Bizimyol.info xəbər verir ki, işğalçı Ermənistan silahlı qüvvələrinin Laçını tərk etməsinə Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları səbəb olub.

Laçına daxil əsgərlərimiz burada Azərbaycan dövlət bayrağını qaldırıb və Azərbaycan dövlət himnini səsləndiriblər.

Bu ilin noyabrın 10-da Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »