Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uhan 7 aylıq fasilədən sonra ilk beynəlxalq aviareysi qəbul etdi

Çinin Hubey vilayətində yerləşən və dünyaya pandemiya mənbəyi kimi tanınan Uhan şəhəri 7 aylıq pandemik fasilədən sonra ilk beynəlxalq aviareysi qəbul edib.

Bizimyol.info TASS agentliyinə istinadən xəbər verir ki, şəhərə gələn qonaqlar dərhal 14 günlük karantin üçün xüsusi müəssisələrə aparılıblar. İlk uçuş Cənubi Koreyanın T'Way Airlines şirkəti tərəfindən Seul- Uhan istiqamətində həyata keçirilib. Əks istiqamətdə uçuş da bu gün baş tutacaq. Reyslərin hələlik həftədə bir dəfə həyata keçirilməsi nəzərdə tutulub.

Uhandan 73 şəhərə daxili uçuşların da bərpa edildiyi bildirilir.Hər gün hava limanı 500 reysə xidmət göstərir. Xatırladaq ki, Uhan şəhəri yanvarn 23-də karantinə alınmış, şəhərə giriş çıxışlar bağlanmışdı.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »