Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Barbados II Yelizavetanı öz kraliçası kimi tanımaqdan imtina etdi

Ada dövləti Barbados II Yelizavetanı öz kraliçası kimi tanımaqdan imtina etdi, dəyişiklik 2021-ci ildən qüvvəyə minəcək.

Karib ölkəsinin general qubernatoru Sandra Meyson bəyan edib ki öz kolonial keçmişlərini geridə buraxmaq vaxtı çatıb. “Çünki, ölkə 55 il əvvəl Britaniya müstəmləkəsindən azad olub.Bizimyol.info CNN-ə istinadən xəbər verir ki, 1966-cı ildə müstəmləkədən azad olmuş respublika özü- özünü idarə etməyə hazır olduğunu bilir və buna görə, Yelizavetanı daha öz hamisi və kraliçası hesab etmir”.

Qeyd edək ki,1620 –ci ildə britaniyalı dənizçilər Karib dənizində yerlilərin yaşadığı kimsəsiz ada tapandan sonra ingilislər bu adaya yerləşdirilməyə başlayıb.II Yelizaveta isə Barbadosla yanaşı daha 15 dövlətin- Avstraliya, Antiqua və Barbuda, Baham adaları,Beliza, Qrenada, Kanada, yeni Zeandiya, Papua Yeni Qvineya, Sent Vinsent,Sent Kints, Sent Lyusi, Solomon adaları, Tuvalu və Yamaykanın da monarxıdır.

1992-ci ildə Mavrikiya da Yelizavetanı öz kraliçası kimi tanımaqdan imtina edib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »