Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Böyük ölkələrdə ən çox hansı telefonlardan istifadə edirlər...

“Apple” şirkətinin məhsulları beş böyük ölkədə çox populyardır. “Counterpoint” agentliyinin bazarın araşdırmasından ortaya çıxardığı nəticə belə deyir.

Bizimyol.info xəbər verir ki, ABŞ, Çin, Böyük Britaniya, Almaniya və Yaponiya bazarlarında ən çox “iPhone 11” populyarlıq qazanıb.

Bu modelin ABŞ-da bazar payı 16 faizdir. İkinci yerdə 6 faizlə “Samsung Galaxy A10” gedir.

“iPhone 11”-in liderliyi əldən verdiyi ölkələr də var. Məsələn, Cənubi Koreyada “Samsung Galaxy A90” bazarda 11 faiz paya sahibdir. Fransada “Samsung Galaxy A51”, Hindistanda “Xiaomi Redmi Note 8” liderdir.

“iPhone 11” ötən ilin payızından satışa çıxıb. Bu payız bazarda “iPhone 12” gözlənilir.

Son xəbərlər
Bütün xəbərlər »