Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elxan Şükürlü Ədalət Partiyası sədrinin müavini təyin edilib

"Strateq.az" saytının baş redaktoru Elxan Şükürlü Ədalət Partiyasının Siyasi Şurasının üzvü və partiya sədrinin siyasi məsələlər üzrə müavini vəzifəsinə təyin edilib.

APA-nın məlumatına görə, bu haqda bu gün Ədalət Partiyasının sədri İlyas İsmayılov sərəncam imzalayıb.

Xatırladaq ki, E. Şükürlü Ədalət Partiyasının qurucularından biri olub, 2000-2011-ci illərdə partiya sədrinin mətbuat və informasiya məsələləri üzrə müavini vəzifəsini tutub. 2011-ci ildə İlyas İsmayılovun artıq dünyasını dəyişmiş oğlu Etimad İsmayılovla mübahisəsi səbəbindən partiya sıralarından istefa verib, yenidən jurnalistlik fəaliyyəti ilə məşğul olub. 2015-ci ildən "Strateq.az" analitik-internet qəzetinin təsisçisi və baş redaktorudur.

Son xəbərlər
Bütün xəbərlər »