Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Aya Sofya qərarı Rusiya-Türkiyə münasibətlərinə zərər verməz”

Rusiya Prezidentinin sözçüsü Dmitriy Peskov Aya Sofyanın məscidə çevrilmə qərarının Rusiya-Türkiyə münasibətlərinə zərər verməyəcəyini bildirib.

Dmitriy Peskov bu barədə "Avtoradyo" radiokanalına müsahibəsində açıqlama verib.

"Ayasofya qərarının rus-türk münasibətlərinə zərər verəcəyini düşünmürəm. Bu məsələnin Türkiyənin daxili işi olduğuna dair bizim rəsmi mövqeyimiz var. Türk tərəfdaşlarımızın hər hansı bir qərarda Aya Sofyanın daha əvvəl UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısında olduğunu və bir çox xristiyan və ortodokslar üçün müqəddəs məna daşıdığını nəzərə alacağına ümid edirik",-deyə Peskov bildirib.(virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »