Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Karantinlə əlaqədar kondisioner satışları rekord həddə çatdı – Usta tapılmır

Havaların istiləşməsi ilə əlaqədar kondisionerlərə tələbat artıb. Bu il pandemiya ilə əlaqədar insanların evdə daha çox zaman keçirməsi evdə kondisionerin işlənməsini vacibdən də vacib edib.

Bizimyol.info-nun əldə etdiyi məlumata görə, hazırda şəhərdə məişət əşyaları, texniki avadanlıq satan mağazalarda kondisionerlər sürətlə satılmaqdadır. Bundan əlavə satış baş tutsa da, onları gətirib quraşdıracaq ustaların işi o qdər çoxalıb ki, əməlli- başlı çatışmazlıq hiss olunur. Bizimyol. Info olaraq alacağımız kondisionerin nə zaman quraşdırıla biləcəyini soruşduğumuz ən böyük mağazalarda belə verilən cavab eyni oldu. “Ustalarımız çatdırmırlar, bir həftədən tez olmayacaq”.

Üstəlik sərt karantin günlərinin yaxınlaşması ilə əlaqədar kondisioner alanlar və usta gözləyənlər növbəyə düzülüblər. Karantin günlərində mağazalar onlayn satışla məşğul olacaqlarını desələr də ustaların xidmət göstərib – göstərməycəyi sual altındadır. Ümid edirik, Bakı şəhərindəki vəziyyəti nəzərə alıb bu məsələdə güzəştə yol verilər.

İlhamə Rəsulova

Paylaş »
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Naxçıvanda şəhid atası oğlunun tabutu önündə qurban kəsib - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
››› Erməni keşişlər Xudavəngdə alban-udilərin ibadətinə mane olmağa cəhd edib - Video
››› Boris Yeltsinin ən yaxın adamına vəzifə verildi
Son xəbərlər
Bütün xəbərlər »