Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ÜST-dən koronavirusla bağlı yeni açıqlama: Bütün fikirlər dəyişdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəstəliyin simptomlarını göstərməyən koronavirus daşıyıcılarının başqalarını yoluxdurmadığını bəyan etdi.

İlk baxışda sadə bir açıqlama kimi görünsə də, bu əslində pandemiya elan edilməsinin vacibliyini şübhə altına salan bir qərardır.

UST - Ümumdünya Səhiyyə Təşkilatı

Bizimyol.info-nun məlumatına görə, ÜST-ün yaydığı məlumatda deyilir ki, simptomsuz virus daşıyıcıları virusu çox nadir hallarda başqalarına ötürə bilirlər. Bu fikri təşkilatın virusla mübarizə komandasının lideri doktor Mariya Van Kerhove səsləndirib.

“Əldə olan bütün informasiyanı araşdırdıqdan sonra, belə nətyicəyə gəldik ki, xəstəlik simptomları olmayan daşıyıcılar nadir hallarda başqalarını yoluxdururlar və bu ən yaxın təmas halında ( öpüşmə və s.) ola bilir.Bu sahədə araşdırmalarımız davam edir.Xəstəliyin yayılmasının qarşısını almaq üçün simptom göstərən xəstələrlə əlaqəli vəziyyətlərə daha çox diqqət yetirilməlidir”,- deyə ÜST mütəxəssisi vurğulayıb.

Qeyd edək ki, buna qədər koronavirusun xəstəliyə yoluxduğundan xəbərsiz olan, simptomsuz daşıyıcılardan və xəstəliyin hələ inkubasiya dövründə olarkən belə başqalarına da yoluxma faktı onu ən qorxunc virus halına salmışdı.Belə görünür ki, yeni açıqlama virus barəsindəki əfsanələri puça çıxaracaq.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »