Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belarusla Rusiya arasında qaz müharibəsi başlanır

Belarus Rusiyadan alınan təbii qazın qiymətinin 2020-ci ildə aşağı salınmasında təkid edir.

Bu barədə Belarus Energetika Nazirliyinin yaydığı açıqlamada bildirilir: “Belarus tərəfi növbəti dəfə qeyd edir ki, ölkə üçün təbii qazın qiymətinə korrekt və ədalətli səviyyə müəyyənləşdirilməklə yenidən baxılmalıdır”.

Nazirlikdə bildiriblər ki, məsələ hər iki ölkənin energetika nazirləri arasında keçirilən videogörüşdə də müzakirə olunub. Belarusun mövqeyi bundan ibarətdir ki, 2020-ci il ərzində Rusiya qazının qiyməti – istər spot, istər də uzunmüddətli müqavilələr üzrə - tədricən azalır. Bu azalma Belarusa uzunmüddətli müqavilə əsasında satılan təbii qaza da şamil olunmalıdır.

Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko mart ayından başlayaraq Rusiyanın ölkəsinə qazı Avropadan baha satdığını bildirməklə qiymətin endirilməsinin gərəkdiyini bəyan edir. Məsələ dəfələrlə nazirlər səviyyəsində müzakirə olunub.

Hətta Rusiya prezidenti Vladimir Putin də məsələyə münasibət bildirərək qiymətin müqavilə əsasında və ədalətlə müəyyənləşdiyini, dəyişməyəcəyini qeyd edib. Lakin Belarus tərəfi bununla razılaşmayaraq “Qazprom”a öz təkliflərini göndərib.

İyunun əvvəlində şirkətin rəhbəri Aleksey Müller Belarusun qaza görə onlara 165 milyon dollar borcunun olduğunu, borc ödəndikdən sonra yalnız 2021-ci il üçün qazın qiyməti ilə bağlı müzakirə apara biləcəklərini bildirib. Belarus tərəfi isə öz növbəsində “Qazprom”a heç bir borcunun olmadığını bəyan edərək, yenidən 2020-ci il üçün qiymətin aşağı salınması məsələsini gündəmə gətirib.

Belə görünür ki, ötən ilin sonu, bu ilin əvvəlində Rusiya neftinin qiymətini öz şərtlərinə uyğunlaşdırmağı bacaran Lukaşenko indi də qazla bağlı eyni nəticəyə nail olmaqda israrlıdır. (Musavat.com)

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› Ermənistan parlamentində dava düşüb - Video
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
Son xəbərlər
Bütün xəbərlər »