Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qonşu ölkədə hər 4 nəfərdən 1-i virusa inanmır

Rusiyada əhalinin 32.8 faizi hesab edir ki, koronavirusla bağlı təhlükə şişirdilir. Ali İqtisadiyyat Məktəbinin tədqiqat materialları belə deməyə əsas verir.

Bizimyol.info xəbər verir ki, Rusiyada virusa inanmayanların sayı da az deyil. Tədqiqat üçün aparılan sorğunun iştirakçılarının 23.2 faizi koronavirusa ümumiyyətlə inanmır, bunu uydurma sayır. Respondentlərin 9.6 faizi bir az fərqli düşünür. Təxminən hər 11 nəfərdən 1-i virusa inanır, sadəcə, təhlükənin çox da böyük olmadığını fikirləşir.

Fikri soruşulanların 25.6 faizi çox da nikbin ovqatda deyil. Onlar hesab edir ki, koronavirusun pik dövrü irəlidədir. Respondentlərin 16.3 faizi isə bu dövrün geridə qaldığını deyir.

Virusa inanmayanların təxminən 43 faizi qohumlarını ziyarət edir, 54 faizi tez-tez gəzintiyə çıxır. Sorğuda iştirak edənlərin 74.22 faizi hesab edir ki, belə təcridolunma rejiminə ehtiyac yox idi.

Respondentlərin 18 faizi epidemiyadan çəkinməklə qohumlarını ziyarət edir. Dostları ilə görüşənlər nisbətən azdır (12 faiz).

Paylaş »
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
Son xəbərlər
Bütün xəbərlər »