Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İyul ayında İspaniya sərhədlərini xarici turistlərə açacaq
Asturiya, İspaniya

İyul ayından etibarən İspaniya sərhədlərini xarici turistlərə açacaq.

APA-nın "Guardian"a istinadən verdiyi xəbərə görə, bu barədə İspaniyanın Baş naziri Pedro Sançez deyib.

"Bildiyiniz kimi, İspaniya ildə 80 milyondan çox turist qəbul edir. İyul ayından etibarən İspaniyanın təhlükəsizlik baxımından xarici turizmə açılacağını elan edirəm. Xarici turistlər tətillərini ölkəmizdə planlaşdırmağa başlaya bilərlər. İspaniyanın turizmə ehtiyacı var və turizm üçün də təhlükəsizlik vacibdir. Turistlərin heç bir risklə üzləşməyəcəyinə və ölkəmizə heç bir risk gətirməyəcəyinə zəmanət verəcəyik. Bu gün hər kəsə bir mesaj göndəririk: İyuldan etibarən İspaniya sizi gözləyir", -deyə Baş nazir qeyd edib.

O, həm də ölkə vətəndaşlarını İspaniyada tətil planlamağa çağırıb.

Baş nazir dəqiq tarix və ya tətbiq edilə biləcək hər hansı qaydaların təfərrüatı barədə məlumat verməyib.

P. Sançez La Liqada futbol matçlarının iyunun 8-dən sonra davam edə biləcəyini də əlavə edib.

Qeyd edək ki, İspaniya hökuməti mayın 4-də ölkədə sərt karantin qaydalarının yüngülləşdirmək üçün dörd mərhələli plan açıqlayıb.

İspaniyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma və ölənlərin sayı durmadan azalmaqdadır, lakin Baş nazir Sançes fövqəladə vəziyyət rejimini daha iki həftə - iyunun 6-na qədər uzatmaq üçün parlamentin dəstəyini qazanıb və İspaniyada beşinci dəfə "həyəcan vəziyyəti" yenilənib.

Xatırladaq ki, İspaniya koronavvirus pandemiyasından ciddi təsirlənən ölkələr arasındadır. İndiyədək ölkədə ümumilikdə 234824 nəfər infeksiyaya yoluxub, 28628 nəfər vəfat edib.

Paylaş »
››› Virusa inanmayanlar üçün: Ölən 100 min nəfərin adı paylaşıldı
››› İyunda bürcləri nə gözləyir...
››› Məktəbli qız araqdan komaya düşüb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
››› Oqtay Gülalıyevin oğlundan atası ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »