Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qonşu ölkədə virus peyvəndinin əleyhinə çıxırlar

Rusiyada fikri soruşulan hər üç vətəndaşdan biri virus peyvəndinin tərəfdarı deyil. Ümumrusiya ictimai rəyi öyrənmə mərkəzinin (ВЦИОМ) növbəti sorğusu maraqlı nəticələr ortaya çıxarıb.

Bizimyol.info xəbər verir ki, mərkəz respondentlərin 35 faizinin vaksin vurulmasına qarşı çıxdığını bildirib. Fikir bildirənlərin 59 faizi bunun bir o qədər əleyhinə deyil. Bir şərtlə ki, vaksinin faydalı olacağına əminlik yaransın. Respondentlərin 20 faizi hamıya peyvənd vurulmalı olduğunu söyləyib. Çox az hissə - təxminən 6 faiz Rusiyanın buna ehtiyac duymadığını deyib.

Ümumrusiya ictimai rəyi öyrənmə mərkəzinin sorğusuna əsasən orta yaşlı vətəndaşlar qoşulub. Nə qədər insandan fikir soruşulduğu yazılmayıb.

Bir müddət əvvəl Rusiyanın səhiyyə naziri Mixail Muraşko uğurlu klinik sınaqlar olacağı halda vaksinin iyulun sonlarında tətbiq edilə biləcəyini söyləmişdi.

Rusiya dünyada koronavirusa yoluxanların sayına görə ikinci yerdədir. Qonşu ölkədə 299 min 941 nəfərdə infeksiya aşkar olunub. 2837 nəfər virusdan həyatını itirib.

Son xəbərlər
Bütün xəbərlər »