Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp ÜST-ə ultimatum verdi - “Özünüzü düzəldin!”

ABŞ prezidenti Donald Tramp dünən videokonfrans formatında 75-ci illik sessiyasını keçirən Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ultimayum verib. “Əgər bir ay ərzində iş formatınızı dəyişməsəniz, Vaşinqton mütləq şəkildə maliyyələşməni dayandıracaq və üzvlüyünü geri çəkəcək. Mən ölkəmin vergi ödəyicilərinin dollarlarını Amerikanın maraqlarını qorumayan təşkilata axıda bilmərəm. ÜST müstəqil siyasət yürütməli və Çindən asılılığını dayandırmalıdır”.

Bizimyol.info xəbər verir ki, Donald Trampın ÜST rəhbəri Tedros Qebreysusa ünvanladığı məktubda belə deyilir.

O, ÜST-ə vəziyyəti düzəltmək üçün 30 gün vaxt verib. Tramp həmçinin ÜST-ü Çindən asılı olmaqda və pandemiyaya səbəb olmaqda ittiham edib.

“ÜST dəfələrlə böyük xətalara yol verib və yalan məlumatlar yayıb. Yanvarın 14-də siz Çin rəhbərliyinin dediyini əsas gətirərək, virusun insandan insana keçmədiyini bəyan etdiniz. Çin Kommunist Partiyasının sədri Si Tsinpin sizə təsir göstərərək virus barədə həqiqətləri deməməyinizi tapşırıb və siz də əməl etmisiniz. Siz bütün məlumatları gizləyən Çinin əməllərini şəffaf adlandırmısınız, hansı ki , indi dərin araşdırmalardan qaçır”,- deyə Tramp bildirib.

Qeyd edək ki, bir neçə ay öncə ABŞ ÜST-ə maliyyə dəstəyini kəsəcəyini bəyan etsə də bunu reallaşdırmamışdı.Mütəxəssislər hesab edirlər ki, Donald Trampın bu dəfə geri addım atması bir qədər çətin görünür.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »