Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nyu-Yorkda onlarla polis əməkdaşı koronavirusdan ölüb

ABŞ-ın Nyu-York ştatında 40-dan çox polis əməkdaşı koronavirusun qurbanı olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Nyu-York polisinin rəhbəri Dermot Şiyə istinadən ABC teleşirkəti bildirib.

"Koronavirusun yayılması ilə davam edən mübarizə fonunda mən faciəli xəbərləri bildirirəm. Bu gün biz daha üç əməkdaşımızdan məhrum olduq”, - Şi “Twitter”də yazıb.

Beləliklə, ABC-nin hesablamalarına görə, pandemiyanın başlanğıcından ABŞ-ın ən böyük meqapolisində asayiş keşikçiləri arasında koronavirus qurbanlarının ümumi sayı 41-ə çatıb.

ABŞ-da COVID-19-dan 73 039 insan ölüb. Ölkədə virusa yoluxma hallarının ümumi sayı 1 223 468 təşkil edir. Birləşmiş Ştatlarda COVID-19-a yoluxmuş 190 min insan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər
Bütün xəbərlər »