Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Asiya ölkəsi pandemiyaya baxmayaraq bütün karantini ləğv edir

Malayziya koronavirus təhlükəsinin davam etməsinə baxmayaraq karantin rejinin tamailə ləğvinə qərar verib.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkənin baş naziri Mühiddin Yassin bəyanat verib. O qeyd edib ki, mayın 4-dən sərt karantin rejimi tamamilə ləğv olunacaq, ölkə iqtisadiyyatının bütün sahələri fəaliyyətini bərpa edəcək.

Baxmayaraq ki, Malayziyada altı min şəxsin koronavirus testi müsbət çıxıb, 102 xəstə pandemiyanın qurbanı olub, ölkə rəhbərliyi hesab edir ki, dövlət karantin rejimində bütün gücünü itirə bilər.

“Dövlətin uzun müddət məhdudiyyət rejimində fəaliyyət göstərməsi iqtisadi baxımdan ölkəyə sərfəli deyil”,- deyə Yassir vurğulayıb.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »