Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda koronavirusdan ölənlərin sayı artıb

Ermənistanda daha bir nəfər pandemiyadan ölüb.

“Report” xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan öz “Facebook” səhifəsində açıqlayıb.

Onun sözlərinə görə, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 20-yə çatıb.

N.Paşinyan həmçinin daha 47 nəfərdə koronavirusun aşkarlandığını əlavə edib. Beləliklə, Ermənistanda koronavirusa yoluxma hallarının sayı 1 248-ə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 251 000-i ötüb. Bunların 574 386 nəfəri sağalıb, 154 311 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Paylaş »
››› Köhnə avtomobillərin hərəkəti qadağan ediləcək
››› “Bakı səfəri Lavrov üçün gərgin keçəcək”
››› Avropalılar qadağaların aradan qaldırılmasını bayram edir
››› Rusiyada vilayət naziri itkin düşüb - Navalnının zəhərləndiyi xəstəxanada həkim işləmişdi
››› Ölkəyə avtomobil adı ilə metal qırıntıları daşınır
››› Heydər Əliyev: “Qarabağa muxtariyyət verilməsi Azərbaycanın içinə qoyulmuş bomba idi”
››› Deputat ailəsi vətəndaşların əmlaklarını əllərindən necə alır: ağlasığmaz üsullar
Son xəbərlər
Bütün xəbərlər »