Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniyada 30-a yaxın tibb işçisi koronavirusdan ölüb

Böyük Britaniyada Milli Səhiyyə Xidmətinin (MSX) 27 əməkdaşı koronavirusun qurbanı olub.

“Report” BBC-yə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın səhiyyə naziri Mett Henkok məlumat verib.

O, həkimlərin vəfatının hədsiz dərəcədə ürək sızlatdığını vurğulayıb.

Qeyd edək ki, Böyük Britaniyada pandemiya qurbanlarının sayı 13 000-ə çatır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 094 000-i ötüb. Bunların 520 930 nəfəri sağalıb, 135 562 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Paylaş »
››› Azərbaycanda məntiqə sığmayan qadağalar: Şortik, “vyetnamka”, hicab!..
››› Dar günün adamları: Xalqın şairi də, aktyoru da belə olmalıydı
››› “Azərbaycanlıların mərmər qəbir daşlarından Babayanın evinə pilləkən düzəldilirdi”
››› Rusiyadan Türkiyəyə böyük yürüş: Gündə 20 min nəfər...
››› Həbsdə olan iş adamına işgəncə iddiaları var: DİN açıqlama verdi
››› Cərimə epidemiyası: Toylar camaata “toy tutmağın” yeni vasitəsi ola bilər...
››› Vitse-spikerin müsahibəsi Ramiz Mehdiyevi bitirə bilər
Son xəbərlər
Bütün xəbərlər »