Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hamilə qadın koronavirusa yoluxub - Nazir vəziyyətin qənaətbəxş olduğunu bildirib

Gürcüstanda hamilənin koronavirusa yoluxması təsdiqlənib.

“Report” xəbər verir ki, Tbilisiyə çatdırılan hamilə qadın koronavirusun təsdiqləndiyi 62 yaşlı Marneuli sakininin yaxın qohumu olduğu məlum olub.

Bunu barədə Gürcüstanın səhiyyə naziri Ekaterina Tikaradze bildirib.

O qeyd edib ki, qadının virusa yoluxmasını sürətli test aşkar edib. Hazırda qadının vəziyyəti qənaətbəxşdir. Onda yüksək hərarət qeydə alınıb.

Nazirin sözlərinə görə, hamilə qadının virusa youxmasına səbəb olmuş 62 yaşlı pasiyentin təmasda olduğu bütün şəxslərin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.

Nazir deyib ki, hamilə qadın Tbilisi Dövlət Tibb Universitetinin 1 saylı klinikasında müalicə olunur.

Hamilə qadınla koronavirusla bağlı aparılan ilk test yoxlaması müsbət nəticə verib. Onunla bağlı tibbi yoxlamalar davam etdirilir.

Son xəbərlər
Bütün xəbərlər »