Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bəşər Əsəd koronavirusa görə parlament seçkilərini təxirə salıb

Suriya prezidenti Bəşər Əsəd ölkədə aprelin 13-ə təyin edilmiş parlament seçkilərinin mayın 20-dək təxirə salınması ilə bağlı fərman imzalayıb.

TASS  xəbər verir ki, bu barədə Suriya liderinin katibliyi məlumat yayıb.

Sərəncamda qeyd edilir ki, koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində Suriya prezidenti parlament seçkilərinin aprelin 13-dən mayın 20-dək təxirə salınması haqqında fərman imzalayıb.

Qeyd edək ki, Suriya hökuməti əhalinin koronavirusa yoluxmasının qarşısını almaq məqsədilə martın 14-dən aprelin 2-nə qədər təhsil müəssisələrində dərslərin dayandırıldığını elan edib.

“SANA”nın məlumatına görə, hökumət dövlət qurumlarını yerli vaxtla 09:00-dan 14:00-a qədər azaldılmış iş qrafikinə keçirmək qərarına gəlib.(apa)

Son xəbərlər
Bütün xəbərlər »