Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirus qeydə alınan ölkələrin sayı 100-ü keçdi

Koronavirus dünyanın böyük hissəsini bürüyüb. Virus qeydə alınan ölkələrin sayı 100-ü keçib.

Bizimyol.info xəbər verir ki, Bruney koronavirusa yoluxma rəsmiləşən 100-cü ölkə olub. Virus 53 yaşlı ölkə vətəndaşında tapılıb. Onun virusu Malayziyadan gətirdiyi bildirilir. Xəstənin vəziyyəti sabitdir.

Bruneydən sonra da bəzi ölkələrin adı ümumi siyahıya düşüb. Beləcə, say 104-ə çatıb.

Son məlumata görə, dünyada 111 min 332 nəfər koronavirusdan əziyyət çəkir. 3880 xəstə həyatını itirb. Sağalanların sayı 62 min nəfəri keçib.

Ən çox virus daşıyıcısı Çindədir. Asiya ölkəsində 80 min 735 nəfər koronavirus bəlasına düçar olub. Cənubi Koreyada, İtaliyada və İranda say 7 mini keçib.

Son xəbərlər
Bütün xəbərlər »