Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Narkotik vasitəni avtomobilin mühərrikxanasında gizlətdi
Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstana gedən “Mercedes-Benz 190” markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb, Azərbaycan Respublikası vətəndaşları olan sürücü və sərnişini şifahi sorğu-sual olunub.

Bizimyol.info DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən xəbər verir ki, sorğu-sual zamanı onlar nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər. Lakin kinoloji xidmət itinin tətbiqi ilə keçirilən gömrük yoxlaması zamanı avtomobilin mühərrikxana və siləcəklərin mühərrik hissələrindəki boşluqlarda 4 ədəd bükümdə ümumi çəkisi 2 kq olan narkotik vasitə-heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »