Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda daha təmiz su içə biləcəyik – ETSN yeni Laboratoriya Mərkəzi açır

Dekabrın 10-da Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Avropa İttifaqı ETSN-in Ətraf mühit üzrə Milli Monitorinq Departamentinin yenidən qurulmuş Laboratoriya Mərkəzinin açılış mərasimini keçirərək Avropa İttifaqının Su Təşəbbüsü Plyus” (AİST+) Proqramı çərçivəsində Avropa İttifaqı tərəfindən təchiz edilmiş yeni laboratoriya potensialını təntənəli qeyd edəcəkdir.

Bizimyol.info xəbər verir ki, Laboratoriya Mərkəzində ən son texnoloji modernləşdirmə və yenilənmələr vasitəsilə Ətraf mühit üzrə Milli Monitorinq Departamenti hazırda ən müasir su analizlərini aparır ki, bu da Azərbaycanda suyun və çay hövzələrinin mühafizəsinə şərait yaradır. Yeni cihazlar əksəriyyəti kanserogen, neyrotoksik və bioloji toplanan olan sənaye kimyəvi maddələrinin və pestisidlərin daha geniş çeşidlərini aşkar etməyə qadirdir.

Laboratoriyanın potensialının genişləndirilməsi ilə, daha çox çirkləndirici maddələrin monitorinqi aparıla və nəticədə daha dəqiqliklə idarə oluna biləcəkdir. Bu, son nəticədə insanların və ekosistemlərin belə çirkləndiricilərin zəhərli effektlərindən əziyyət çəkmə riskini azaldacaqdır. Açılış Mərasimində yüksək səviyyəli panel qonaqları və mətbuat nümayəndələrini Azərbaycanda milli su siyasəti və su ehtiyatlarının inteqrasiyalı idarəçiliyinə dair ən son yeniliklər barədə məlumatlandıracaqdır. Yüksək səviyyəli paneldə səsləndiriləcək bəyanatlardan sonra, Ekologiya və Təbii Sərvətlər Naziri və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Rəhbəri xatirə lövhəsini açmaqla yenilənmiş laboratoriyanı rəsmi açacaqlar və daha sonra isə laboratoriya ilə tanışlıq həyata keçiriləcək, mətbuat nümayəndələri və panel iştirakçıları arasında məlumat mübadiləsinə imkan yaradılacaqdır. Bununla paralel olaraq, Bakı Dövlət Universiteti və digər universitetlərin tələbələri yeni laboratoriyanı ziyarət edəcək və laboratoriyanın işçi heyəti ilə birlikdə Kür çayının suyunun ekoloji analizini aparacaqlar.

Əsas çıxışlar: Cənab Muxtar Babayev-Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri - Cənab Kestutis Jankauskas Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri - Zati-Aliləri Cənab Aleksander Bayer- Avstriyanın Azərbaycandakı səfiri (dəqiqləşdiriləcəkdir) - Zati-Aliləri Cənab Zaxarie Qross- Fransanın Azərbaycandakı səfiri, (dəqiqləşdiriləcəkdir) - Cənab Aleksander Zinke- AİST+Layihəsinin Avropa İttifaqının Üzv dövlətləri Konsorsiumundan olan rəhbəri Baza məlumat: 2016-cı ildə fəaliyyətə başlayan və dörd il icra müddəti olan Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı üzrə Su Təşəbbüsü Plyus (AİST+) Layihəsi Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrində su sektoruna ən böyük siyasi dialoq və texniki dəstək öhdəliklərindən biridir. Proqram Avropa İttifaqının altı tərəfdaş ölkəsini (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova Respublikası və Ukrayna) əsas diqqəti transsərhəd çaylara yönəltməklə, öz qanunverciliklərini Avropa İttifaqının siyasətinə uyğunlaşdırmaqda dəstəkləyir. Bu layihə Tərəfdaş Ölkələrdə su sektorundakı islahatlara uzunmüddətli baxışın işlənib hazırlanmasına dəstək verir. Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir (23.5 milyon Avro) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT), BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (BMT AİK) tərəfindən, həmçinin Avstriya Ətraf Mühit Agentliyi (Avstriya) və Su üzrə Beynəlxalq Ofisdən (Fransa) ibarət olan Avropa İttifaqına üzv dövlətlərin konsorsiumu tərəfindən həyata keçirilir.

Son xəbərlər
Bütün xəbərlər »