Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Paşinyanın sayıqlamalarını onun qulağına Lavrov pıçıldayıb" - Açıqlama

Lavrovun açıqlamaları təxribatdır və danışıqlar prosesinə vurulan zərbədir, 3 dövlət arasında münasibətləri korlayan bəyanatdır

Bizimyol.info xəbər verir ki, bu fikirləri politoloq Qabil Hüseynli səsləndirib.

“Rusiyanın XİN başçısı Lavrovun çıxışı və uydurma soyqırım qurbanlarının abidəsi önünə gül qoyması Rusiyanın həm bizimlə, həm də Türkiyə ilə münasibətləri arasında gərginlik yarada bilər. Bu adamın erməni əsilli olması sirr deyil, lakin ATƏT-in Minsk qrupunun sədri olan bir ölkənin rəsmisi kimi belə bir fikir səsləndirməsi təxribata bənzəyir.

Lavrovun söylədikləri onun uydurmasına bənzəyir. Lavrov bütün qırmızı xətləri ötdü keçdi, zərbə vuracaq bütün addımları atdı.

Qabil Hüseynli Qabil Hüseynli

Onun bizim adımızdan danışmağa ixtiyarı yoxdur. O belə bir bəyanatı verməyə məsul şəxs deyil. Mən onun bəyanatını danışıqlar prosesinə fitil qoyan provakasiya adlandırıram. Vaxtilə Paşinyan eyni tipli açıqlama verəndə bunu sayıqlama adlandırırdıq. Deməli, bu sayqlamaları Paşinyanın qurlağına Lavrov pıçıldayıb. İndiki Ermənistanın özü qədim Azərbaycan torpağıdr. Cənab prezident İlham Əliyev dəfələrlə beynəlxalq müstəvidə çıxışları zamanı torpaqdan pay olmayacağını, Qarabağın da Azərbaycanın əzəli torpağı olması barədə bəyanat verib. Lavrov indi bu hərəkəti ilə niyə fikirləri qarışdırır, bunun da səbəbi yəqin çox yaxın zamanlarda aydın olacaq”.

Xatırladaq ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Yerevanda qondarma “erməni soyqırımı” abidəsini ziyarət edib. O, abidənin önünə gül dəstəsi qoyub, 12 il əvvəl “soyqırım” abidəsi önündə əkdiyi ağacın dibinə su töküb.

Bundan əlavə Sergey Lavrov münaqişənin həlli ilə bağlı ziddiyyətli, Azərbaycanın maraqlarına cavab verməyən fikirlər səsləndirib. “Hamıya aydındır ki, Dağlıq Qarabağ əhalisinin razılığı olmadan heç bir razılıq əldə etmək mümkün olmayacaq. Ermənistan tərəfi, sadəcə olaraq, bunu imzalamayacaq. Biz məhz bu mövqedən çıxış edirik. Ərazi bütövlüyü, öz müqəddəratını təyin etmək, istisnasız olaraq münaqişələrin sülh yolu ilə nizamlanması prinsipləri münaqişə tərəfləri arasında müzakirə olunan sənədlərdə öz əksini tapıb. Bütün hallarda yekun qərarda bütün bu prinsiplər nəzərə alınmalıdır. Bu barədə nə Yerəvan, nə də Bakı mübahisə edir. Bundan sonrakı məsələ isə diplomatiya incəsənətidir və kompromisə hazırlıqdır. Biz həmsədrlər olaraq çalışırıq ki, kompromis dürüst olsun və maraqların real və ədalətli balansını əks etdirsin", - deyə Rusiya XİN başçısı Dağlıq Qarabağın danışıqlar masasına qaytarılması ilə bağlı Ermənistanın təklifinə Moskvanın necə baxması ilə bağlı suala cavabında qeyd edib. Azərbaycan XİN Lavrovun bəyanatına dərhal rəsmi cavab verib.

İlhamə Rəsulova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »