Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Azərbaycandan təbii qaz idxalını artırdı

2019-cu ilin yanvar-iyul aylarında Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından 5 milyard 309.65 milyon kubmetr qaz ixrac edilib. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 38,8% çoxdur.

Virtualaz.org bildirir ki, bu barədə İnterfaks-Azərbaycan Türkiyə Enerji Bazarlarını Tənzimləmə Şurasının məlumatlarına istinadən yazır.

Şuranın məlumatına görə, 2019-cu ilin iyul ayında Türkiyəyə verilən ümumi qaz tədarükünün 899.97 milyon kubmetri və ya 27.63% -i Azərbaycanın payına düşüb. 2018-ci ilin iyul ayı ilə müqayisədə çatdırılma 42,77% artıb.

Ümumilikdə, iyul ayında Türkiyəyə qaz ixracı 3 milyard 257.54 milyon kubmetr (2018-ci ilin iyul ayı ilə müqayisədə 10.39% azalma) təşkil edib. Boru kəməri qazının həcmi 2 milyard 684.73 milyon kubmetr (bütün tədarükün 82.4 faizi), LNG - 572.81 milyon kubmetr (17.6%) təşkil edib. Azərbaycandan əlavə, hesabat dövründə boru kəməri ilə qaz tədarükü İran və Rusiyadan olub.

2018-ci ildə Azərbaycan qazının Türkiyəyə tədarükü 7 milyard 521,15 milyon kubmetr təşkil edib.

Son xəbərlər
Bütün xəbərlər »