Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xoruzu tezdən banladığına görə məhkəməyə verdilər

Fransanın dənizkənarı Şatanta departamentində qonşular xoruzu və onun sahibini məhkəməyə verib. Onların fikrincə, ev quşu səhər tezdən banlamaqla rahatlıqlarını pozur.

Bizimyol.info xəbər verir ki, Korinn Fesso xoruzu ilə birlikdə hakim qarşısına çıxmalı olacaq. Biron ailəsi Moris adlı xoruza çox qəzəblidir. Qonşusu Fessodan 1000 avro kompensasiya gözləyir.

Məsələ ictimai maraq doğurub. Fransanın məşhur “Le Monde” qəzeti bu haqda material hazırlayıb. Xeyli adam Fessoya və Morisə dəstək üçün Şatantaya gəlib. Məhkəmə sentyabrda hökm çıxaracaq.

Biron ailəsi ikinci dəfədir Fessonu sınağa çəkir. İki il əvvəl də onu ev heyvanlarına görə məhkəməyə vermişdilər. Onda Fesso üçün petisiyaya 155 min imza atıldığından, Biron ailəsi istəyinə çatmamışdı.

Son xəbərlər
Bütün xəbərlər »